Mühəndis tələb olunur
Namizədə Tələblər:
• Mühəndislik, inşaat və ya əlaqədar sahələr üzrə ali texniki təhsil;
• İVK, AYS, Su və Kanalizasiya sistemləri sahəsində ən azı 2 il iş təcrübəsi;
• Kompüter bilikləri: MS Office (Word, Excel), AutoCAD, HAP, (REVIT BIM təcrübəsi üstünlükdür);
• Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (Texniki Rus və İngilis dili üstünlükdür);
• Komanda daxilində əməkdaşlıq etmə və müstəqil işləmə qabiliyyəti;
• Tikinti və quraşdırma işlərinə texniki nəzarət etmək, həmçinin obyektlərə texniki baxış keçirmək təcrübəsi;
• Texniki sənədlərin hazırlanması( ITP, MOS, BOQ və s) və hesabatların tərtibi üzrə bacarıqlar.(isitmə soyutma hesabatları(SNİP, ASHRAE(HAP)), FAN, Nasos təzyiq itikisi hesabı və müvafiq parametrlərdə cihazların seçilməsi)
Əsas Vəzifələr və Öhdəliklər:
• Yaşayış, Ictimai, Sənaye və digər təyinatlı bina və obyektlərdə İVK, Su təchizatı və Kanalizasiya sistemlərinin yerli norma və standartlara uyğun layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
• Layihənin texniki tələblərinə uyğun avadanlıq seçilməsi və material sərfinin(BOQ) hesablanması;
• Müştəri tələblərinə/şərtnaməsinə uyğun istilik itkiləri/qazancı hesablanması, müştəri şərhlərinin konsepsiyaya və layihəyə tətbiq edilməsi, həmçinin SMACNA, ASHRAE, BS, DW144, DW172, NFPA, SNIP və digər standartlara uyğun konseptlərin hazırlanması.
• Müştəri tərəfindən təqdim edilmiş yekun cizgilərin nəzərdən keçirilməsi, Işçi layihələrin(Shop drawing) hazırlanması.
• Məqsədləri dəqiqləşdirmək və problemləri həll etmək üçün lazım olduqda müştəri görüşlərində iştirak etmək. Podratçı/Müştəri təşkilatlardan rəy və iradların alınması, uyğun olaraq düzəlişlərin aparılması;
İş barədə məlumat:
• İş qrafiki : həftə içi 5 gün 09:00-18:00 ; Şənbə qısa iş günü.
• Qeyri-iş günü: Bayram və bazar günləri
• Əmək haqqı: 1200-1400 AZN. Bilik və bacarığa uyğun razılaşdırılacaq
• İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə e-mail ünvanına göndərsinlər. [email protected]
Ünvan: Babək Prospekti 38a. Akond Engineering CJSC
Похожие объявления
Показать все- «Торговая сеть и электронная коммерция» в терминалах eManat
- «Объявления и купоны» в терминалах MilliÖn
- «Другие платежи» в терминалах Kapital Bank
- «Объявления и купоны» в терминалах ExpressPay
- «Другие» в терминалах Kassam
- «Объявления и купоны» в терминалах Keşpay